Nyu-Yorkda GUAM XİN başçılarının görüşü keçiriləcək
Cəmiyyət
23:41 21 sen, 2021
Sentyabrın 22-23-də baş tutacaq görüş Gürcüstanın GUAM-a sədrliyi çərçivəsində təşkil olunacaq.
![Nyu-Yorkda GUAM XİN başçılarının görüşü keçiriləcək](https://qazet.az/resized/fit900x500/center/pages/26392/81b2f9d2-37c5-44e2-8fb7-f56794ffec23.jpeg)
BMT-nin Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində GUAM təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Sentyabrın 22-23-də baş tutacaq görüş Gürcüstanın GUAM-a sədrliyi çərçivəsində təşkil olunacaq.
Gürcüstanın XİN başçısı David Zalkaliani sessiya zamanı bir sıra həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.