Bakı 18˚C Windy

Nyu-Yorkda peyvənd olunmayanlara maaş verilməyəcək

Gündəm 11:47 21 okt, 2021

Peyvənd olunanların isə maaşı qalxacaq

Nyu-Yorkda peyvənd olunmayanlara maaş verilməyəcək

Nyu-Yorkda COVID-19 əleyhinə peyvənd olunmayanların məvacibləri verilməyəcək.

Qazet.az xəbər verir ki, bunu şəhər meri Bill de Blasio mətbuat konfransı zamanı bəyan edib.

Onun sözlərinə görə, qərar noyabrın 1-dən etibarən qüvvəyə minəcək və 300 minə yaxın bələdiyyə işçisini əhatə edəcək.

Bununla yanaşı, peyvənd olunan əməkdaşların aylıq məvaciblərinə 500 dollar əlavə olunacaq.

Qeyd edək ki, indiyədək vaksinasiyadan imtina edən şəhər bələdiyyəsi işçiləri həftədə bir dəfə COVID testi verməklə kifayətlənirdilər.

Mənbə: “Haber Global”