Bakı 10˚C Intermittent clouds

Oğurladığı pulla Bakıda özünə ev kirayələdi - VİDEO

Hadisə 15:05 06 dek, 2021

Faktla bağlı cinayət işi başlanılıb, R.Alırinin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır

Oğurladığı pulla Bakıda özünə ev kirayələdi - <span style="color:red">VİDEO</span>

Mingəçevir şəhəri Energetiklər qəsəbəsində yerləşən mağazadan ümumi dəyəri 900 manata yaxın siqaret və pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Qazet.az-a verilən məlumata görə, mağaza sahibi Mingəçevir şəhər polis şöbəsinə müraciət edib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də üç dəfə eyni əmələ görə məhkumluq həyatı yaşayan şəhər sakini Rüstəm Alırin saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladığı siqaretləri sataraq əyləncəsinə xərclədiyini, pulla isə Bakı şəhərində ev kirayələdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Alırinin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.