Oğurluğa getdiyi evin sahibindən şikayət etdi - MƏKTUB YAZDI
Maraqlı
13:12 21 okt, 2021
Hindistanda qeyri-adi oğurluq hadisəsi yaşanıb

Hindistanın Madhya-Pradeş ştatında qeyri-adi oğurluq hadisəsi baş verib.
Qazet.az xəbər verir ki, adı açıqlanmayan ştat sakini iki həftədən sonra qayıdanda evinə oğru girdiyini müəyyən edib. Ancaq ev sahibini soyğunçuluğa məruz qalmasından çox, əsəbi cinayətkarın yazdığı məktub təəccübləndirib.
Oğru, görünür, "ovunun" ümidlərini doğrultmadığından çox məyus olub..
"Evdə pul olmadıqda, onun qapısını kilidləməyə ehtiyac yoxdur", - oğru məktubunda qeyd edib.
Ümumilikdə soyğunçu evdən bir neçə zinət əşyası və 30 min rupi götürüb. Yerli polis artıq istintaqa başlayıb, amma hadisənin dəqiq nə vaxt baş verməsinin məlum olmaması məsələni çətinləşdirir.
