Bakı 5˚C Intermittent clouds

Oğuzda dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Hadisə 19:52 11 okt, 2022
Oğuzda dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Oğuz rayonunun Calut kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid dağlıq ərazidə, 0,2 ha sahədə kol-kos yanıb.

Bu barədə Qazet.az-a FHN-dən məlumat verilib, 

Yanğın söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub.

18:37

Oğuz rayonunun Şimal-qərb adlanan ərazisinə yaxın olan dağlıq-meşəlik hissədə yanğın başlayıb.

Qazet.az-ın məlumatına görə, əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın çətin relyefə malik dağlıq ərazidə baş verdiyindən hələki yanğını söndürmək mümkün olmayıb.

Hazirda yanğın davam edir.