Okan Buruk AFFA-nın təklifini rədd etdi
İdman
23:12 14 noy, 2021
Qeyd edək ki, “Milliyet” AFFA-nın bu ilin sonunda Azərbaycan millisinin baş məşqçisi postundan göndəriləcək Canni De Byazinin yerinə türkiyəli Okan Buruku gətirmək istədiyini yazmışdı.
“Başakşehir” klubunun keçmiş baş məşqçisi Okan Buruk AFFA-nın təklifini rədd edib.
“Qazet.az” xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.
Bildirilib ki, təcrübəli çalışdırıcı İstanbuldan və ölkədən kənarda işləmək istəmədiyi üçün təklifi geri çevirib.
Qeyd edək ki, “Milliyet” AFFA-nın bu ilin sonunda Azərbaycan millisinin baş məşqçisi postundan göndəriləcək Canni De Byazinin yerinə türkiyəli Okan Buruku gətirmək istədiyini yazmışdı. Qeyd olunmuşdu ki, AFFA Okan Burukla 2+2 illik müqavilə imzalamaq istəyir.