Oksigen aparatı oğurlandı
Gündəm
12:27 05 yan, 2023
![Oksigen aparatı oğurlandı](https://qazet.az/resized/fit900x500/center/pages/138367/16729069093880348.jpg)
Bakıda hospitaldan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qazet.az-a verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 22-də A.Aqarunov küçəsində yerləşən Hospitalın həyətindən 5180 manat dəyərində oksigen aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Mirzəyev saxlanılıb.
Araşdırma aparılır.