Olaf Şoltz Lukaşenkonu diktator adlandırıb
Gündəm
12:21 16 noy, 2021
"Heç nəyi ört-basdır etmək olmaz, o, bütün legitimliyini itirib"
Almaniyanın kanslerliyə namizədi Olaf Şoltz Belarus lideri Aleksandr Lukaşenkonu Avropa İttifaqına təzyiq göstərmək üçün çarəsiz insanlardan “utanc verici oyunda” istifadə edən “pis diktator” adlandırıb.
Qazet.az xəbər verir ki, Şoltz bu sözləri “Sueddeutsche Zeitung” qəzetinin təşkil etdiyi şam yeməyində deyib.
“İlk növbədə, açıq şəkildə demək lazımdır ki, bu, Belarus lideri ”pis" diktatordur. Üstəlik, heç nəyi ört-basdır etmək olmaz, o, bütün legitimliyini itirib", deyə Şoltz vurğulayıb.
Olaf Şoltz, Avropa İttifaqının daha sərt sanksiyalarının Belarusun miqrant böhranındakı hərəkətlərinə adekvat cavab olduğunu söyləyib.