Bakı 3˚C Intermittent clouds

Ölən rus hərbçilərin ailələrinə 5 milyon rubl veriləcək

Gündəm 01:14 04 yan, 2023
Ölən rus hərbçilərin ailələrinə 5 milyon rubl veriləcək

Ukraynada gedən müharibədə ölən rus əsgərlərin ailələrinə  5 milyon rubl (təxminən 71,5 min dollar) birdəfəlik ödəmə veriləcək.

Qazet.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qərar imzalayıb.

Qərara əsasən, vəsait Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının hərbçilərinin ailələrinə veriləcək.

Hərbçilərə xəsarət, travma və ya şok halında 3 milyon rubl (təxminən 42 min 900 dollar) ödəniləcək.