Bakı 8˚C Mostly sunny

Olimpiya çempionu azyaşlıya təcavüzdə şübhəli bilinərək saxlanıldı

Gündəm 01:54 10 dek, 2021

Bu gün səhər saatlarında 29 yaşlı idmançı Parisdə həbs edilərək nəzarətə götürülüb.

Olimpiya çempionu azyaşlıya təcavüzdə şübhəli bilinərək saxlanıldı

Üzgüçülük üzrə ikiqat Olimpiya çempionu Yannik Aqniel Fransa polisi tərəfindən saxlanılıb.

“Qazet.az” AFP-yə istinadən xəbər verir ki, o, azyaşlı qıza təcavüz etməkdə ittiham olunur.

Bu gün səhər saatlarında 29 yaşlı idmançı Parisdə həbs edilərək nəzarətə götürülüb.

Bildirilir ki, ötən ilin yayında onun barəsində 2016-cı ildə baş verənlərdən bəhs edən şikayət ərizəsi yazılıb. Qurban kimi 15 yaşlı qızın adı çəkilir. Mümkün bir cinsi təcavüz üzərinə araşdırma aparılır.

Qeyd edək ki, fransız idmançı üzgüçülük üzrə ikiqat Olimpiya çempionudur.

London Olimpiadasında o, 200 m məsafəyə sərbəst üsulla yarışmada qalib gəlib. Həmçinin, 4x100 sərbəst estafet yarışında Fransa milli komandasının tərkibində öz mərhələsində məşhur amerikalı üzgüçü Rayan Loxteni məğlub edərək, qızıl medal qazanıb.