Olimpiya çempionu döyüldükdən sonra xəstəxanaya yerləşdirilib
Gündəm
21:18 21 dek, 2021
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 32 yaşlı idmançı xəstəxanaya yerləşdirilib.

Rusiyanın fiqurlu konkisürmə üzrə olimpiya çempionu Dmitri Solovyov naməlum şəxslərin hücumuna məruz qalıb.
Qazet.az-ın TASS-a istinadən məlumatına görə, hadisə paytaxt Moskvada baş verib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 32 yaşlı idmançı xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Dmitri Solovyov 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarınını komanda yarışlarında qızıl medal qazanıb.