Bakı 0˚C Cloudy

Ölkə ayağa qalxdı: "70-dən artıq qadını basdırıb"

Gündəm 14:00 26 okt, 2022
Ölkə ayağa qalxdı: "70-dən artıq qadını basdırıb"

ABŞ-ın Ayova ştatında baş verən hadisə ölkəni ayağa qaldırıb.

Qazet.az xəbər verir ki, Lyusi Studeyin adlı qız, atası Donald Din Studeyin 70-dən çox qadını öldürərək basdırdığını deməsinin ardından polis araşdırmalara başlayıb. 

Əkinçiliklə məşğul olan qadın atasının bir çox qadının ölümünə səbəb olan seriya qatil olduğunu iddia edərək, cəsədlərin harada basdırıldığını bildirib.

Studey həmçinin bildirdi ki, o və bacıları atasının öldürdüyü qadınların cəsədlərini gizlətməyə məcbur olublar.

Gənc qadın cəsədləri isti aylarda təkər arabasından, qışda isə xizəkdən istifadə edərək Ayova ştatındakı əkin sahələrinə daşıdığını söylədi.

İddiaların ortaya atılmasından sonra polis hərəkətə keçib və bu iddialar ABŞ mətbuatında da gündəm olub.

Mətbuat yazıb ki, əgər hadisə doğru olarsa, Studey ABŞ-ın ən dəhşətli seriya qatillərindən biri ola bilərdi.

Qızının dediyinə görə, Donald Din Studey bir neçə il ərzində ildə 5-6 qadını öldürüb və onları Turman yaxınlığındakı mülkündəki tərk edilmiş quyuda basdırıb, Fremont dairəsinin şerifi Kevin Aistrope "Des Moines Register"ə bildirib. Aistop bəzi meyitlərin şəxsiyyətinin müəyyən edildiyini və araşdırmaların davam etdiyini bildirib.