Bakı 2˚C Mostly cloudy

Ölkə üzrə müşahidə olunan faktiki hava AÇIQLANDI

Cəmiyyət 14:06 16 noy, 2021

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib

Ölkə üzrə müşahidə olunan faktiki hava <span style="color:red">AÇIQLANDI</span>

Noyabrın 16-sı saat 11:30 olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Vəlvələçay-Təngəaltıda (Quba) 17 mm, Ləzədə 12 mm, Qusarda 10 mm, Şabranda 3 mm, Qəbələ, Şəkidə 2 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1 mm, Bakıda və Abşeron yarımadasında, Pirallahı, Maştağa, Sumqayıtda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.