Ölkədə 400 minə yaxın adam qripə yoluxdu
Dünyada qripə yoluxmaların sayı artmaqdadır. Mütəxəssislər maskalardan istifadənin yoluxucu xəstəliklərdən qorunmaq üçün hər zaman vacib olduğunu qeyd etsələr də, koronavirus tədbirlərinin yumşaldılması ilə bütün dünyada qrip halları sürətlə artır. Virusdan qorunmaq üçün görülən tədbirlərin demək olar ki, tamamilə aradan qalxması ilə müxtəlif infeksion xəstəliklərə qarşı zəifləmiş immunitet sistemi xəstəliklərə qarşı daha həssas olub. Dünyada xüsusilə uşaqları hədəf alan qrip epidemiyasının ən sıx olduğu ölkələrdən biri də Polşadır.
Qazet.az-ın "haberglobal"a istinadən verdiyi məlumata görə, son 9 gündə Polşada 400 minə yaxın insan qripə yoluxub. Xəstələrin əksəriyyətinin uşaqlar olduğu bildirilib.
Polşa səhiyyə nazirinin müavini Valdemar Kraska jurnalistlərə verdiyi açıqlamada qripə yoluxanların əksəriyyətinin uşaqlar olduğunu, ölkə daxilindəki xəstəxanaların uşaq şöbələrindəki 17 min çarpayının 80 faizinin dolu olduğunu bildirib.
Son 24 saat ərzində 693 nəfərdə COVİD-19 aşkarlanıb, 13 nəfər ölüb.