Bakı 21˚C Windy

Ölkədə benzin və dizel satışlarının həcmi AÇIQLANIB - FOTO

Biznes 13:42 17 dek, 2021

Bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 14,6 faiz artıb

Ölkədə benzin və dizel satışlarının həcmi <span style="color:red">AÇIQLANIB - FOTO</span>

Azərbaycanda 2021-ci ilin 11 ayı ərzində 3 milyard 984,4 milyon manat dəyərində neft məhsulları istehsal edilib.

Qazet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 14,6 faiz artıb.

Bu dövr ərzində ölkədə 1 milyon 138,9 min ton avtomobil benzini, 2 milyon 238,8 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 6,8 faiz, dizel yanacağının istehsalı isə 19 faiz artıb.

Belə ki, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 60,9 faiz, neft koksunun istehsalı 30,9 faiz, yanacaq mazutunun istehsalı isə 1,5 faiz artıb.

Pərakəndə ticarət dövriyyəsində isə istehlakçılara 2 milyard 279,5 manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb.