Ölkədə boşananların sayı azalıb
Gündəm
14:26 16 noy, 2022

Azərbaycanda boşanmaların sayı azalıb.
Qazet.az xəəbr verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında 45321 nikaha daxilolma və 11819 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.