Bakı 3˚C Mostly cloudy

Ölkədə bu il daşınan sərnişinlərin sayı açıqlandı

Cəmiyyət 09:11 21 sen, 2021

Metro ilə 28,7 milyon, hava nəqliyyatı ilə 687,2 min sərnişin daşınıb.

Ölkədə bu il daşınan sərnişinlərin sayı açıqlandı

2021-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 744,5 milyon sərnişinə xidmət göstəriblər.

Qazet.az xəbər verir ki, sərnişinlərin 95,8 faizi avtomobil nəqliyyatı, 3,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Avtomobil nəqliyyatı ilə 2021-ci ilin yanvar-avqust aylarında 713,6 milyon sərnişin, dəmir yolu nəqliyyatı ilə 1 milyon 533,3 min, dəniz nəqliyyatı ilə 10,4 min, metro ilə 28,7 milyon, hava nəqliyyatı ilə 687,2 min sərnişin daşınıb.

DSK