Bakı 2˚C Mostly cloudy

Ölkədə nə qədər əcnəbi təhsil alır?

Cəmiyyət 10:30 23 dek, 2022
Ölkədə nə qədər əcnəbi təhsil alır?

2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Bu barədə Qazet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bu da ötən ilə (7 332 nəfər) nisbətdə 20%, 2015/16-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 103% artım deməkdir.

Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.