Bakı 3˚C Dreary

"Ölkəmizdə bu sahədə müəyyən bir mərkəz mövcud deyil"

Eksklüziv 16:00 23 dek, 2022
"Ölkəmizdə bu sahədə müəyyən bir mərkəz mövcud deyil"

"Liv Bona Dea Hospitalı"nda beyin cərrahiyyəsi mərkəzinin açılışı olub. 

Qazet.az xəbər verir ki, açılış mərasimindən sonra nevrologiya üzrə mütəxəssis Dr. Aygül Nadirova jurnalistlərin suallarını cavablandırıb.

O, tədbirin mahiyyəti barədə bunları danışıb:

"Mərkəzimizdə parkinson cərrahiyyəsi üçün ölkədə ilk mərkəz fəaliyyətə başlayır. Parkinson cərrahiyyəsi bu xəstəlik daşıyıcıları üçün son ümid yeridir. Burada xəstələr, psixiatr, nevroloq, anestezioloqlar tərəfindən müəyyən olunur. Bundan sonra əgər uyğun görülərsə, lazimi kriteriyalardan keçirsə, cərrahiyyəyə yönləndirilir. Ölkəmizdə bu sahədə müəyyən bir mərkəz mövcud deyil. Məqsədimiz bu mərkəzi burada yaratmaqdır. Bu mərkəzin özəlliyi mütəxəssislər tərəfindən əməliyyat göstəricilərinə uyğun olaraq xəstələrin cərrahiyyəyə yönləndirilməsi üçün şəraitin mövcud olmasıdır. Xəstələrimizə faydalı olmaq üçün bu əməliyyatları icra edəcəyik".