Ölkəmizdə Filippin vətəndaşı hamamda ölüb
Cəmiyyət
09:25 21 sen, 2022
Abşeron rayonunda Filippin vətəndaşı hamamda ölüb.
Qazet.az xəbər verir ki, hadisə sentyabrın 20-də rayonun Saray qəsəbəsi, Təzə Məhəllə yaşayış massivində qeydə alınıb.
Belə ki, Azərbaycan ərazisində müvəqqəti yaşayış icazəsi olan - Filippin vətəndaşı, 1951-ci il təvəllüdlü Tongol Anthony Cunanan yaşadığı evin hamam otağında qəflətən halı pisləşərək vəfat edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.