Ombudsman: "Ermənistanın Azərbaycana qarşı cinayətlərini araşdırmaq üçün yeni işçi qrupu yaratmaq istəyirik"
Ombudsman Bakı Dövlət Universiteti ilə birlikdə müvafiq işçi qrupu yaratmaq fikrini açıqlayıb
"Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın tarixi, mədəni sərvətlərinin dağıdılması faktlarının araşdırılması və hesabatların hazırlanması məqsədilə Bakı Dövlət Universiteti ilə birlikdə müvafiq İşçi qrupu yaratmaq istəyirik".
Qazet.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bu, qarşıya qoyulan vəzifələrin daha da səmərəli icrası baxımından olduqca yararlı olacaq.
S.Əliyeva əlavə edib ki, Ermənistanın uzun illər boyu Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti azərbaycanlıların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olub.