Ombudsman qazilərə baş çəkdi
Cəmiyyət
11:15 09 sen, 2022
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin İstanbul şəhərində müalicə alan Vətən müharibəsi iştirakçılarına baş çəkib.
Ombudsman Aparatından Qazet.az-a verilən məlumata görə, S.Əliyeva Vətən müharibəsində Zəfər qazanılmasında döyüşlər zamanı şücaət göstərərək şəhid olmuş və ya müxtəlif xəsarətlər almış hərbi qulluqçularımızın əvəzolunmaz rolu olduğunu bildirib.
Görüş zamanı Ombudsman qazilərin sağlamlıq vəziyyəti və qayğıları ilə maraqlanıb, onlara tezliklə şəfa taparaq ölkəmizə qayıtmalarını arzulayıb.