Bakı 12˚C Cloudy

Ombudsman Türkiyədə beynəlxalq konfransda iştirak edəcək

Gündəm 14:36 09 yan, 2023
Ombudsman  Türkiyədə beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ankarada keçirilən “XXI əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Ombudsmanlıq Qrurumundan məlumat verilib.

Bildirlib ki, iki gün davam edəcək konfrans Prezident Administrasiyası, həmçinin 35 müxtəlif ölkədən 50-dən çox ombudsman və insan hüquqları institutlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə başlayacaq beynəlxalq konfransda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, ədliyyə naziri Bəkir Bozdağ və sənaye və texnologiya naziri Mustafa Varank da çıxış edəcəklər.

Çıxışçılar arasında Ombudsman Səbinə Əliyeva da var.