Bakı 24˚C Partly sunny

“Omikron” neçə ölkəyə yayılıb? - ÜST-dən AÇIQLAMA

Cəmiyyət 13:27 23 dek, 2021

Xəstəliyin bu variantının şiddəti ilə bağlı məlumatlar hələ də məhduddur

“Omikron” neçə ölkəyə yayılıb? -<span style="color:red"> ÜST-dən AÇIQLAMA</span>

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatına əsasən, 106 ölkədə COVID-19-un “Omikron” ştammına yoluxma halları qeydə alınıb.

Qazet.az ÜST son məlumatlara istinad edərək bildirir ki, “Omikron” hətta kütləvi immunitetin yüksək səviyyədə olduğu ölkələrdə belə “Delta” ştammından daha sürətli yayılır.

Qeyd edilir ki, xəstəliyin bu variantının şiddəti ilə bağlı məlumatlar hələ də məhduddur, lakin hesabatda Cənubi Afrikada və Böyük Britaniyada “Omikron”lu xəstələrin xəstəxanaya yerləşdirilmələrinin sayının artmaqda davam etdiyi bildirilir.

Mənbə: İnterfaks