Bakı 9˚C Intermittent clouds

"Omikron" ştamına görə bitkoin ÇÖKDÜ

Biznes 11:53 28 noy, 2021

Kriptovalyuta bu ayın əvvəlində əldə edilən rekord həddən - 69 min dollardan 20% ucuzlaşıb

"Omikron" ştamına görə bitkoin ÇÖKDÜ

Bitkoinin qiyməti noyabrın 27-də 53,55 min dollar təşkil edib.

Qazet.az xəbər verir ki, bu, oktyabrın əvvəlindən bəri ən aşağı göstəricidir.

Bitkoin digər aktivlərlə birlikdə kəskin şəkildə aşağı düşüb. "Coin Metrics"in məlumatına görə, bitkoin cəmi 24 saat ərzində 8% ucuzlaşıb. Belə ki, kriptovalyuta bu ayın əvvəlində əldə edilən rekord həddən - 69 min dollardan 20% ucuzlaşıb.

Bundan əvvəl, noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştamı haqqında məlumat verəndən sonra, qlobal birjalarda eniş müşahidə olunmağa başladı.