Bakı 21˚C Mostly sunny

“Omikron”u digər ştamlardan fərqləndirən simptom açıqlandı

Cəmiyyət 12:16 22 dek, 2021

“Omikron” ştammı ilə yoluxma halında isə qoxu itkisinə demək olar ki, rast gəlinmir

“Omikron”u digər ştamlardan fərqləndirən simptom açıqlandı

“Omikron”un ən xarakterik əlaməti kifayət qədər ciddi baş ağrısı və qəfil zəiflik, güc itkisidir.

Qazet.az xəbər verir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok sözügedən ştammın xarakterik əlamətlərini sadalayarkən bildirib.

Həkim vurğulayıb ki, COVID-19-un bütün variantları üçün 70-dən çox simptom təsvir olunub və bu, xəstələrdə ştammı dəqiq müəyyən edilməsində problemə çevrilir.

“Onlar müxtəlif ştamlarda təkrarlanır, lakin bəzi simptomlar bəzi ştamlarda daha qabarıq şəkildə özünü göstərir. Məsələn, “Uhan” ştammının “vizit kartı” - qoxu itkisi idi, bu “Delta”da rast gəlinir, lakin daha az”.

Bolibok vurğulayıb ki, “Omikron” ştammı ilə yoluxma halında isə qoxu itkisinə demək olar ki, rast gəlinmir.

Mənbə: Ura.ru