Bakı 7˚C Showers

“Omikron”un əsas əlamətləri: 10 xəstədən 9-da müşahidə olunub

Cəmiyyət 11:39 13 dek, 2021

Yeni variantın ən başlıca simptomları boğazda qaşınma hissi və onu müşayiət edən quru öskürəkdir

“Omikron”un əsas əlamətləri:<span style="color:red"> 10 xəstədən 9-da müşahidə olunub</span>

Koronavirusun “Omikron” variantının əsas simptomları müəyyən edilib.

Qazet.az “Haber Global”a istinadən xəbər verir ki, bu əlamətlərin 10 nəfərdən 9-unda görüldüyü açıqlanıb.

Cənubi Afrikada ortaya çıxan və digər ölkələrə yayılmağa başlayan ştammın əsas əlamətləri ABŞ-da aparılan araşdırma ilə müəyyən edilib.

Bildirilib ki, yeni variantın ən başlıca simptomları boğazda qaşınma hissi və onu müşayiət edən quru öskürəkdir.

Araşdırmaya görə, “Omikron” xəstələrinin 89 faizində boğaz ağrısı yox, məhz boğazda qaşınma və quru öskürək görülüb. Digər simptomlardan isə yorğunluq (65 faiz), burun tutulması və ya axması (59 faiz), təngnəfəslik (16 faiz), ishal (11 faiz), dad və qoxu itkisi (8 faiz) qeyd edilib.