"Omoniya"nın əsas qapıçısı "Qarabağ"la matçı buraxacaq
Nikosiya təmsilçisinin əsas qapıçısı Fabiano görüşdə iştirak etməyəcək
Kiprin "Omoniya" klubu Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur matçında daha bir oyunçusunun xidmətindən yararlana bilməyəcək.
Qazet.az xəbər verir ki, "Balla" nəşrinə istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin əsas qapıçısı Fabiano görüşdə iştirak etməyəcək.
IV turda İsveçrə "Bazel"i ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnən 33 yaşlı braziliyalı qolkiper artıq ili başa vurub.
Qeyd edək ki, noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Daha əvvəl Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Azərbaycan təmsilçisi IV turda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gəlməklə pley-offa vəsiqəni təmin edib.