Bakı 26˚C Mostly cloudy

"Onlar Erablura şənlənərək getdilər" - Erməni jurnalist Koçaryanı tənqid etdi

Siyasət 18:04 27 sen, 2021

Erməni jurnalist Roman Baqdasaryan Robert Koçcaryan və Seyran Ohanyandan danışdı

"Onlar Erablura şənlənərək getdilər" - <span style="color:red">Erməni jurnalist Koçaryanı tənqid etdi</span>

Tanınmış erməni jurnalist Roman Baqdasaryan İkinci Qarabağ müharibəsində məhv edilmiş erməni döyüşçülərini yad edən daşnakları və müxalifəti tənqid edib.

Qazet.az xəbər verir ki, o hazırda hakimiyyəti müharibə qurbanlarına görə qınayan keçmiş ölkə rəhbərlərinin əsgərlərin ruhuna hörmətsiz yanaşmasına işarə vurub.


Baqdasaryan baş nazir Nikol Paşinyanla Robert Köçaryan və eks-müdafiə naziri Seyran Ohanyanla fotolarını paylaşaraq yazıb ki, “köhnələr” “Erablur” hərbi panteonuna gülərək, şadyanalıqla irəliləyirlər./Azvision.az