Bakı 23˚C Windy

OPEC+ alyansının iclası öncəsi neft cüzi bahalaşıb

Biznes 11:43 28 yan, 2022

Alyans üzvləri neftin mart ayındakı hasilatı ilə bağlı qərar qəbul edəcək

OPEC+ alyansının iclası öncəsi neft cüzi bahalaşıb

İnvestorların OPEC+ alyansının iclasını gözlədikləri bir vaxtda dünya bazarlarında neftin qiyməti cüzi artıb.

Qazet.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,44 % bahalaşaraq, 1 bareli 88,56 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,58 % artaraq, 1 bareli 87,11 ABŞ dolları təşkil edib.

İnvestorlar OPEC+ alyansının fevralın 2-nə planlaşdırılmış növbəti iclasını gözləyirlər. Həmin gün alyans üzvləri neftin mart ayındakı hasilatı ilə bağlı qərar qəbul edəcək. OPEC+ alyansının neft hasilatını planlaşdırıldığı kimi hər ay gündəlik 400 min barel artırılmasına sadiq qalacağı gözlənilir.