Bakı 9˚C Mostly cloudy

OPEC+ iclası öncəsi neft ucuzlaşıb

Gündəm 12:57 01 noy, 2021

Çində koronavirusa yoluxma hallarının artması da qiymətlərə təzyiq göstərir

OPEC+ iclası öncəsi neft ucuzlaşıb

OPEC+ alyansının iclası öncəsi dünya bazarlarında neftin qiyməti aşağı düşür.

Qazet.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,23% ucuzlaşaraq, 1 bareli 83,52 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,38% aşağı düşərək, 1 bareli 83,25 ABŞ dolları təşkil edib.

İnvestorların OPEC+ alyansının noyabrın 4-ü keçiriləcək iclası öncəsi tərəddüdləri fonunda bazarda mənfi tendensiya müşahidə olunur.

Bundan başqa, Çində koronavirusa yoluxma hallarının artması da qiymətlərə təzyiq göstərir.

Ekspertlərin fikrincə, yeni yoluxma hallarının artması neftə olan tələbin qlobal bərpa templərini azalda bilər.