Bakı 34˚C Sunny

OPEC-in baş katibi ilə müzakirələr aparılıb

Biznes 11:45 08 dek, 2022
OPEC-in baş katibi ilə müzakirələr aparılıb

Energetika naziri Pərviz Şahbazov ilə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays arasında telefon danışığı olub.

Qazet.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov məlumat yayıb.

“Bu gün OPEC-in Baş katibi Haysam Əl-Qays ilə telefon danışığında qlobal neft bazarının tənzimlənməsinə və “OPEC+” formatında əməkdaşlığımıza dair müzakirələr apardıq”,- deyə P.Şahbazov qeyd edib.