"OPEC Plus"ın Baş katibi: "Neft hasilatını azaltmaq qərarı düzgün və vaxtında idi"
Biznes
22:48 15 okt, 2022
“OPEC Plus”ın neft hasilatını azaltmaq qərarı düzgün və vaxtında idi”.
Qazet.az “Al Arabia”ya istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Haytam əl-Qeys danışıb.
Keçən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi “OPEC Plus”da iştirak edən ölkələr noyabr ayından başlayaraq gündəlik neft hasilatını iki milyon barel azaltmaq qərarına gəlib və razılaşmanı 2023-cü ilin sonuna qədər uzadıblar ki, bu da hasilatın artırılmasını tələb edən ABŞ-ın narazılığına səbəb olub.