Bakı 19˚C Sunny

OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Gündəm 18:22 13 okt, 2021

Bu da əvvəlki proqnozla müqayisədə 0,14 mln. barel azdır

OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-2022-ci illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.

Qazet.az OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,82 mln. barel təşkil edəcək ki, bu da əvvəlki proqnozla müqayisədə 0,14 mln. barel azdır.

Beləliklə, cari ildə qlobal gündəlik neft tələbatının 96,6 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 96,68 mln. barel).

Eyni zamanda, OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu da azaldıb. Proqnoza görə, sözügedən göstərici 4,15 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir. Nəticədə, gələn il qlobal gündəlik neft tələbatının 100,76 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnoz – 100,83 mln. barel).

Hesabatda qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,62 mln. barel olub, bu da illik müqayisədə 9,35% azdır.