OPEK Azərbaycanda neft hasilatı barədə proqnozunu açıqladı
"Ümumilikdə, neft hasilatı sentyabr ayı ilə müqayisədə 4 min barrel azalaraq orta hesabla 582 min barrel, kondensat hasilatı isə cüzi azalaraq 140 min barrel təşkil edib. Noyabr ayında Azərbaycanda orta hasilatın artması gözlənilir".
2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 0,02 milyon barrel artaraq orta hesabla 0,75 milyon barrel təşkil edəcək.
Qazet.az xəbər verir ki, bu barədə OPEK-in aylıq hesabatında bildirilib.
Eyni zamanda, 2022-ci ildə proqnozlara əsasən, hasilat 0,08 milyon barrel artaraq 0,82 milyon barrel bərabər olacaq.
Hesabatda qeyd olunur ki, 2021-ci ilin oktyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,03 milyon barrel artaraq 0,72 milyon barrel təşkil edib. Əvvəlki ayla müqayisədə isə hasilat 0,01 milyon barrel azalıb: