Operativ Qərargah MƏLUMAT YAYDI
Gündəm
20:14 19 sen, 2021
Operativ Qərargah məlumat yaydı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 300 vaksin vurulub.
Bu barədə Qazet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 826 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 7 976 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 432, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 357 117 təşkil edir.