Bakı 22˚C Mostly sunny

Operativ Qərargah toplandı: Karantin tədbirləri gücləndirilir

Gündəm 21:20 29 noy, 2021

Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Operativ Qərargah toplandı: Karantin tədbirləri gücləndirilir

Bu gün Azərbaycan Respublikasının Baş naziri, COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib.

Qazet.az xəbər verir ki, iclasda pandemiya ilə bağlı hazırkı vəziyyət – yoluxmanın miqyası, xəstələrin müalicəsi, peyvəndlənmənin sürəti və miqyası, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlər müzakirə olunub.

Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

İclasda, habelə "omikron" ştammı və ona qarşı proflaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.