Bakı 21˚C Windy

Orbitdə Maskın şirkətinin nəzarətində olan peyklərin sayı rekord həddə çatdı

Biznes 12:22 07 dek, 2021

Dekabrın 3-nə olan məlumata görə, Maskın korporasiyası 27 raket buraxıb

Orbitdə Maskın şirkətinin nəzarətində olan peyklərin sayı rekord həddə çatdı

Dekabrın 2-də “Starlink”in növbəti buraxılışı ilə Yer orbitindəki bütün peyklərin 1/3-dən çoxu İlon Maskın şirkətinin nəzarətinə düşüb.

Qazet.az xəbər verir ki, “SpaceX” bir il ərzində raketlərin uğurla buraxılması üzrə şəxsi rekorda imza atıb.

Dekabrın 3-nə olan məlumata görə, Maskın korporasiyası 27 raket buraxıb.

Həmçinin, hazırda şirkət orbitdəki aktiv peyklərin ümumi sayının 37 faizinə nəzarət edir (kosmosdakı 4841 peykdən 1753-nə sahibdir).

Mənbə: The Independent