Bakı 37˚C Sunny

Ordumuzun mövqeləri erməniləri qorxuya saldı

Gündəm 16:25 15 iyl, 2022

Bu iddia ilə “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan çıxış edib

Ordumuzun mövqeləri erməniləri qorxuya saldı

Azərbaycan ordusu bütün istiqamətlərdə yüksək intensivliklə güclənir.

Qazet.az xəbər verir ki, bu iddia ilə “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan çıxış edib.

Abramyan bu yaxınlarda Şurnuxu və Şahverdilər kəndində olduğunu, Azərbaycan ordusunun bu istiqamətdəki strateji yüksəkliklərdə mövqelərini möhkəmləndirdiyini müşahidə etdiyini deyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun müharibədən sonra azad edilmiş ərazilərdə mövqelərini möhkəmləndirdiyi sirr deyil. Lakin ordumuzun istənilən hərəkətliliyi Ermənistanda ciddi təşvişlə qarşılanır və 44 günlük müharibə, eləcə də müharibədən sonrakı dövrdə baş verənlər fonunda bu qorxuları təəccüblü deyil.