Bakı 2˚C Sunny

Orhan Pamuk Türkiyədəki vəziyyətdən gileylənib

Gündəm 11:20 15 dek, 2021

Yazıçı Orhan Pamuk Türkiyədəki ictimai-siyasi və iqtisadi vəziyyətə toxunub

Orhan Pamuk Türkiyədəki vəziyyətdən gileylənib

“Ölkəmin həm siyasi, həm də iqtisadi olaraq bu qədər pis vəziyyətdə olacağı heç vaxt ağlıma gəlməzdi. Allah millətə səbir versin”.

Qazet.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyə Jurnalistlər Cəmiyyəti tərəfindən təşkil olunan mərasimdə ədəbiyyat üzrə mükafat alan Orhan Pamuk ölkədəki siyasi-iqtisadi duruma toxunub. O, Türkiyədə dövlətin avtoritarlaşdığı bir zamanda iqtisadiyyatın da pisləşdiyini bildirib.

“Maşallah, o qədər pis şeylər baş verir ki, fikir azadlığı indi Jurnalistlər cəmiyyətindədir. Xüsusən də jurnalistlər sorğusuz-sualsız, uydurma şeylərlə həbsə atılırlar. Türkiyə elə bir ölkəyə çevrilib ki, biz romançı deyilik, amma iki-üç kvadratmetrlik torpaqda başını tapa bildiyi yerdə qəhrəmancasına döyüşən, iqtidarı olduğu qədər tənqid edən jurnalistlər cəmiyyətindən mükafat almaq mənim üçün şərəfdir".