“Oskar” alan əfsanəvi aktyor vəfat ETDİ - FOTO
Maraqlı
11:52 08 yan, 2022
94 yaşlı aktyorun ölüm səbəbi isə açıqlanmayıb
Əfsanəvi Hollivud ulduzu Sidni Puatye vəfat edib.
Qazet.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
94 yaşlı aktyorun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Puatye "Səhra zanbaqları" filmindəki kişi roluna görə “Oskar” mükafatına layiq görülən ilk qaradərili aktyor kimi tarixə düşüb. O, "Bir zəncirlə bükülmüş","Gecə yarısı istisi", "Kim nahara gələcək?", "Çaqqal" kimi məşhur filmlərdə çəkilib.