Bakı 27˚C Showers

Otellərin gəlirləri açıqlandı

Cəmiyyət 00:51 29 okt, 2021

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olub.

Otellərin gəlirləri açıqlandı

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən qazet.az-a verilən məlumata görə, gəlirlərin 60,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 2,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1340,6 min olub. Gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.