Bakı 4˚C Cloudy

Ötən ay 52 aptekdə yoxlama keçirilib

Cəmiyyət 16:39 13 sen, 2022
Ötən ay 52 aptekdə yoxlama keçirilib

Ötən ay apteklərdə aparılan planlı yoxlamaların nəticələri açıqlanıb.

Analitik Ekspertiza Mərkəzindən Qazet.az-a verilən xəbərə görə, 1-31 avqustu əhatə edən yoxlamalarda 52 aptek monitorinq olunub.

Nəticədə 6 adda, 19 qutu dərman vasitəsi müsadirə edilib. İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3 maddələrinə əsasən 8 protokol tərtib edilib.