Bakı 3˚C Partly sunny

Ötən gün 10 nəfər məclislərə buraxılmayıb

Gündəm 12:20 16 dek, 2021

Bakı şəhərində və respublika ərazisində 168 toy şənliyinin monitorinqini həyata keçirib

Ötən gün 10 nəfər məclislərə buraxılmayıb

Dekabrın 15-də Daxili işlər nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 15-də Bakı şəhərində və respublika ərazisində 168 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili işlər nazirliyinin Mətbuat xidmətindən Qazet.az-a verilən məlumata görə, monitorinq 166 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati xətalar məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 10 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.