Bakı 2˚C Intermittent clouds

Ötən gün 29 nəfər COVID-19 pasportu olmayan şəxs toya buraxılmayıb

Hadisə 12:34 05 yan, 2022

29 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Ötən gün 29 nəfər COVID-19 pasportu olmayan şəxs toya buraxılmayıb

Yanvarın 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib.

Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Monitorinq 116 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

29 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.