Bakı 17˚C Windy

Ötən gün 44 nəfər saxlanıldı

Hadisə 17:33 12 mar, 2022

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb

Ötən gün 44 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 71 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.