Bakı -9˚C Showers

Ötən gün toylarda 10 nəfər cərimələnib

Hadisə 17:16 17 noy, 2021

 Toy şənliklərinin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydaları pozulub

Ötən gün toylarda 10 nəfər cərimələnib

Noyabrın 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.

Qazet.az xəbər verir ki, monitorinq 65 şadlıq sarayında, yeddi şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 211 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.