Bakı 25˚C Partly sunny

Ötən gün toylara görə 3 nəfər cərimələnib, 39 nəfər şənliyə buraxılmayıb

Gündəm 12:27 22 dek, 2021

Monitorinq 175 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib

Ötən gün toylara görə 3 nəfər cərimələnib, 39 nəfər şənliyə buraxılmayıb

Dekabrın 22-də Daxili işlər nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 178 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat xidmətindən Qazet.az-a verilən məlumata görə, monitorinq 175 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər inzibati xətalar məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 39 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.