Bakı 20˚C Windy

Ötən il Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANIB - FOTO

Biznes 20:07 18 yan, 2022

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çoxdur

Ötən il Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANIB - FOTO

Azərbaycanda 2021-ci ildə istehsal edilən avtomobillərin sayı açıqlanıb.

Qazet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müvafiq dövrdə ölkəmizdə 2 043 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 94 ədəd və ya 4,8 faiz çoxdur.

11 ay ərzində ölkəmizdə 651 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

 

Ümumilikdə isə 430,7 milyon manatlıq maşın və avadanlıqları, digər nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3 faiz artıb, maşın və avadanlıqların istehsalı 9,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 92,6 faiz azalıb.