Ötən ilin ən gənc futbolçuları
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunu açıqlayıb.
Qazet.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərə millisinin və Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb. 20 yaşlı orta sahə oyunçusu 115 xalla bütün rəqiblərini geridə qoyub.
İkinci yeri Almaniya yığmasının üzvü Camal Musiala (95 xal) tutub. İlk “3-lüy”ü 55 xalla xorvatiyalı Yoşko Qvardiol tamamlayıb.
2021-ci ildə bu nominasiyanın qalibi olan ispaniyalı yarımmüdafiəçi Pedri bu dəfə 6-cı yerdə qərarlaşıb.
Yer |
Futbolçu |
Ölkəsi |
Klubu |
Xal |
1 |
Cud Bellingem |
İngiltərə |
“Borussiya” (Dortmund, Almaniya) |
115 |
2 |
Camal Musiala |
Almaniya |
“Bavariya” |
95 |
3 |
Yoşko Qvardiol |
Xorvatiya |
“Leypsiq” (Almaniya) |
55 |
4 |
Qavi |
İspaniya |
“Barselona” |
35 |
5 |
Eduardo Kamavinqa |
Fransa |
“Real” (İspaniya) |
30 |
6 |
Pedri |
İspaniya |
“Barselona” |
20 |
7 |
Kərim Adeyemi |
Almaniya |
“Zalsburq”/“Borussiya” (Dortmund) |
15 |
8 |
Nuno Mendeş |
Portuqaliya |
PSJ (Fransa) |
10 |
9 |
Yunus Musa |
ABŞ |
“Valensiya” (İspaniya) |
5 |
10 |
Ansu Fati |
İspaniya |
“Barselona” |
5 |